Livan ərazisindən tank əleyhinə raket hücumu nəticəsində 4 İsrail əsgəri yaralanıb. ABŞ Livana səyahət xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb.
AZXEBER.COM xəbər verir ki, İsrail ordusu Livan ərazisindən atılan tank əleyhinə raket hücumu nəticəsində 4 əsgərinin yüngül xəsarət aldığını bildirib.
Ordudan verilən yazılı açıqlamada, qarşı tərəfdən İsrailin Livan sərhədi yaxınlığındakı bir bölgəyə tank əleyhinə raketlə hücumun təşkil edildiyi bildirilib.
Açıqlamada hücumda 4 İsrail əsgərinin yüngül yaralandığı, tank əleyhinə raketin atıldığı ərazinin artilleriya atəşinə tutulduğu bildirilib.
Digər tərəfdən, hücuma görə məsuliyyəti Livan Hizbullahı öz üzərinə götürüb. Hizbullah tərəfindən edilən yazılı açıqlamada, ər-Rahib bölgəsində İsrail ordusuna aid "Merkava” tipli tanka qarşı hücumun təşkil edildiyi bildirilib.
Ayşən