İsrail Ordusunun Şimal Komandanlığının komandanı general-mayor Ori Qordin Livanın cənubunda Hizbullaha qarşı hücum üçün ümumi hazırlıqları tamamladıqlarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə toqquşur.
Şimal Komandanlığı komandanı general-mayor Ori Qordin 2006-cı ildə Hizbullahla müharibənin 18-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edib.
Hizbullaha qarşı hazır olduqlarını və düşmənin şimal sərhədində güclü ordu ilə qarşı-qarşıya qalacağını bildirən Qordin deyib:
"İsrail ordusu şimaldakı hücum üçün ümumi hazırlıqlarını keçən həftə tamamladı”.
Ayşən