Yaxın Şərqdə gərginlik artdıqca İsrail bütün gecə Livanın cənubunu bombaladığını açıqlayıb.
AZXEBER.COM xarici medaiya istinadən xəbər verir ki, bu barədə İsrailin "Yedioth Aharonoth” qəzeti məlumat yayıb.
Belə ki, İsrail döyüş təyyarələrinin Livanın cənubunda Hizbullaha aid olduğunu iddia etdikləri müşahidə məntəqəsini və Aytarun kəndinin ətrafını bombaladığı bildirilib.
Hücumlarla bağlı insan tələfatı və maddi ziyanla bağlı ətraflı məlumat verilməsə də, Hizbullah hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Mikayıl