İsrail Livandakı Hizbullahın hərbi infrastrukturuna hava zərbəsi endirib

İsrail Livandakı Hizbullahın hərbi infrastrukturuna hava zərbəsi endirib
DÜNYA
18:44 12.12.2025
109
İsrailin hərbi hava qüvvələri cənubi Livanda Hizbullahın tərəfindən istifadə edilən təlim və hazırlıq kompleksinə zərbə endirib.

Bu barədə İsrail Müdafiə qüvvələri məlumat yayıb.

Məlumatda, Hizbullahın digər hərbi infrastrukturunun da zərbəyə məruz qaldığı bildirilib.

Eyni zamanda, Livan mediası İsrailin Livanın şərqindəki Bekaa Vadisinə, cənubda Al-Rihan, Al-Jarmaq, Al-Bisariya, Jbaa, Ansar və Səidun bölgələrində də zərbələr endiridiyini xəbər verir.
 
 
///apa
OXŞAR XƏBƏRLƏR