İsrail ordusu Livandan göndərilən iki pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada hava hücumundan müdafiə sistemlərinin Livandan atılan iki İHA-nı vurduğu və hadisədə can itkisi və ya yaralanma olmadığı qeyd edilib.
Ordu radiosu bildirib ki, Livan sərhədinə yaxın şəhərlərdə siren səsləri eşidilib.
Livandakı Hizbullah hərəkatı Livanın Mervahin qəsəbəsi ilə üzbəüz Birke Rişa bölgəsində İsrail qüvvələrini hədəf aldığını bəyan edib.
Bir qrup İsrail əsgərinin Melekiyye bölgəsinə girdiyi də müəyyən edilib.
Qeyd edək ki, bu qrupun top mərmiləri ilə vurulduğu qeydə alınıb.
7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan Hizbullahı ilə toqquşur.
Xatırladaq ki, bu qarşıdurmalarda 325 Hizbullah üzvü, 65 Livan vətəndaşı, 19 Əməl Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.
Oksana