İsrail Livanın cənubuna aviazərbələr endirib, 10 nəfər yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Zərbə pilotsuz uçuş aparatı vasitəsilə Əl-Abbasiyə rayonundakı motosiklə endirilib. Zərbə zamanı ətrafdakı nəqliyyat vasitələri də zərər görüb.