İsrail məhbus mübadiləsi danışıqları üçün Qahirəyə dəvət edildi

İsrail məhbus mübadiləsi danışıqları üçün Qahirəyə dəvət edildi
DÜNYA
11:51 29.04.2024
133
Misirin Qəzzada israilli məhbusların geri qaytarılması çərçivəsində bu gün İsrail nümayəndə heyətini Qahirəyə dəvət etdiyi iddia edilib.

AZXEBER.COM-un "Al-Araby Al-Jadeed" xəbər agentliyinə istinadən verdiyi xəbərinə görə, İsrailin Qəzzaya hücumları oktyabrın 7-dən bu günədək davam edərkən, Misirin paytaxtı Qahirədə əsir mübadiləsi danışıqları davam edir.

Bu çərçivədə Misirin Qəzzada israilli məhbusların azad edilməsi üçün keçirilməsi gözlənilən danışıqlara İsrail danışıqlar qrupunu dəvət etdiyi bildirilib. Danışıqlarda Həmas rəsmilərinin də iştirak edəcəyi bildirilib.

Misir mənbələrinin verdiyi məlumata əsaslanan xəbərdə, dəvətin prosesi sürətləndirmək və Qahirəyə səfər edəcək Həmas heyətinin təkliflərini qiymətləndirmək məqsədi daşıdığı bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR