İsrail məktəblərində COVID-19-a qarşı vaksinasiyaya başlandı

İsrail məktəblərində COVID-19-a qarşı vaksinasiyaya başlandı
DÜNYA
00:12 13.12.2021
324
İsrail məktəblərində koronavirusa qarşı vaksinasiyaya start verilib.

Bu barədə ölkənin baş naziri Naftali Bennett məlumat verib.

Hökumət başçısı bildirib ki, koronavirusa qarşı peyvəndləmə bazar günündən etibarən İsrailin bütün məktəblərində aparılır.

Onun sözlərinə görə, hazırda hökumət risk qrupuna daxil olan insanların dördüncü doza ilə peyvənd edilməsi məsələsini araşdırır.

Qeyd edək ki, İsraildə əhalinin COVID-19-a qarşı kütləvi vaksinasiyasına ötən il dekabrın 20-də başlanılıb.
OXŞAR XƏBƏRLƏR