“Bizi necə çətin oyunun gözlədiyini gözəl bilirik. Artıq müasir futbolda zəif rəqib qalmayıb. Azərbaycan yetərincə potensialı olan millidir, bu komandanın başında Berti Foqts kimi məşqçi dayanıb. Bir sözlə, oyun çox çətin keçəcək”.Qol.Az-ın məlumatına görə, bu sözləri İsrail mətbuatına bugünkü açıqlamasında bu ölkənin milli komandasının və İspaniyanın “Malyorka” klubunun qapıçısı Dudu Aouate deyib.Millimizlə bugünkü qarşılaşmaya toxunan Dudunu ən çox erkən qol narahat edir: “Rəqib evdə oynadığından, meydançaya qələbə üçün çıxacaq. Ola bilsin, ilk dəqiqələrdən hücuma atılsınlar. Odur ki, müdafiədə çox diqqətli oynamalıyıq ki, erkən qol buraxmayaq. Əks halda işimiz çətinləşə bilər”.