İsrail ordusu Misir sərhədinə yaxın Kerem Əbu Səlim bölgəsinin səhvən hədəf alındığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Kerem Şalomun verdiyi yazılı açıqlamada deyilib:
"Misiri səhvən vurduq. Qısa bir müddət əvvəl sərhədə yaxın Kerem Şalom (Kerem Abu Salim) bölgəsində İsrail ordusuna aid bir tank səhvən atəş açaraq Misir mövqeyini vurdu. Həmin hadisədən kədərləndiyimizi bildiririk".
Digər tərəfdən məsələ ilə bağlı Misir Silahlı Qüvvələrinin sözçüsü polkovnik Qərib Əbdülhafez də açıqlama verib.
O, açıqlamasında deyib:
"Qəzza zolağında davam edən qarşıdurmalar zamanı sərhədin əks xəttində İsrail tankından təsadüfən atılan top mərmisi parçaları Misir sərhəd nəzarət qüllələrindən birinə dəyib. Hadisədə bəzi sərhəd nəzarəti personalı yüngül yaralanıb. Lazımi araşdırmalar davam etdirilir".
Mikayıl