Oktyabrın 7-dən indiyədək Qəzza zolağında 5 min hədəf vurulub.
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağının yüz minlərlə sakininin döyüşlərin olmadığı cənub anklavlarına köçdüyünü bildirib.