İsrail ordusu cavab olaraq Suriyadakı hədəfləri vurdu

İsrail ordusu cavab olaraq Suriyadakı hədəfləri vurdu
DÜNYA
18:15 08.12.2023
204
İsrail Müdafiə Qüvvələri keçirilən hücumlara cavab olaraq, Suriya ərazisindəki hədəflərə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimalına doğru dünənki raket buraxılışlarına cavab olaraq, İsrail ordusu Suriyadakı bir sıra hədəflərə zərbələr endirib”, - deyə bəyanatda bildirilib.

"İsrailin şimalındakı Dov dağı ərazisində İsrail əsgərlərinin aşkar etdiyi silahlı terror qruplaşmasına PUA-larla hücum edib”, - deyə bəyanatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR