İsrail ordusu daha 40 fələstinlini həbs etdi

DÜNYA
12:55 18.09.2024
109
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 40 fələstinlini nəzarətə götürüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu başda Nablus, Qalkilya, Selfit, Beytüllahim və Hebron olmaqla İordan çayının qərb sahilinin bir çox şəhər və qəsəbələrində basqınlarını davam etdirib.

İsrail əsgərləri bu basqınlar zamanı 40 fələstinlini həbs edib.

Qeyd edək ki, Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana nəzarətə alınan fələstinlilərin sayı son həbslərlə 10 min 770-ə çatıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR