Yaxın Şərqdə sular sakitləşməyə davam edərkən, İsrail ordusundan gərginliyi artıracaq açıqlama gəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail ötən gecə Qəzzada nisbətən böyük quru əməliyyatı həyata keçirildiyini açıqlayıb.
İsrail ordusu Qəzzaya daxil olan tankların görüntülərini paylaşıb.
İsrail Ordusu Radiosundan verilən açıqlamada deyilib:
"Quru qüvvələri gecə saatlarında Qəzzaya nisbətən böyük bir hücum həyata keçirib. Hücum HƏMAS-ın mövqelərini hədəf alıb”.
Açıqlamada hücumun əvvəlki quru əməliyyatlarından çox daha böyük olduğu vurğulanıb.
İsrail ordusu hücumda ölən və yaralananların sayı ilə bağlı açıqlama verməyib.
Tankların və çoxlu sayda piyadanın iştirak etdiyi əməliyyatda bir çox infrastrukturun zədələndiyi, tank əleyhinə silahların istifadə olunduğu ərazilərin də məhv edildiyi bildirilib.
Mikayıl