İsrail ordusu geri çəkildi - Xeyli ölü var

İsrail ordusu geri çəkildi - Xeyli ölü var
DÜNYA
14:22 10.06.2024
175
İsrail ordusu 5 günlük şiddətli hücumlardan sonra Qəzza zolağının mərkəzi hissəsindən geri çəkilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail ordusu Deyr əl-Belahın şərq bölgələrindən geri çəkilib. Bu arada əsgərlər evlərinə çatmağa çalışan fələstinliləri hədəf alıb. Hücum zamanı ölən və yaralananların olduğu bildirilib.

Bölgədən geri çəkilməzdən əvvəl İsrail əsgərləri partlayıcılarla çoxlu evi partladıb, buldozerlərlə yaşayış məntəqələrinə və kənd təsərrüfatı sahələrinə ziyan vurduğu bildirilib.

Bölgəyə çatmağı bacaran tibb qrupları, 5 gündür İsrail ordusunun sıx hücumlarının hədəfi olan bölgədə çox sayda fələstinlinin cəsədi ilə qarşılaşıb.

Tibbi qruplar axtarış-xilasetmə işlərini davam etdirsələr də, ölən və ya yaralananların sayı barədə hələlik məlumat paylaşmayıblar.
 
Gülay

OXŞAR XƏBƏRLƏR