İsrail ordusu Hizbullahın hədəflərini vurdu

İsrail ordusu Hizbullahın hədəflərini vurdu
DÜNYA
09:38 21.10.2023
158

İsrail ordusunun Livanın cənubundakı Hizbullahın hədəflərini vurduğu bildirilib.

AZXEBER.COM xəbər verir ki,  "Yediot Ahronot” qəzetinin İsrail ordusu sözçüsünə istinadən verdiyi xəbərə görə, İsrail təyyarələri dünən Hizbullahın idarə olunan tank əleyhinə raketlərlə həyata keçirdiyi hücumlara cavab olaraq təşkilata aid hərbi hədəflərə hücum edib. 

Hədəflər arasında Hizbullahın əməliyyat və infrastruktur ehtiyaclarını ödəmək üçün istifadə etdiyi bir sıra hərbi komplekslər, həmçinin sərhəd bölgəsində tank əleyhinə raket buraxılış sistemi olub. 

Hizbullahın "Əl-Mənar” Televiziyası İsrail ordusunun Livanın cənubundakı Ayta əş-Şaab, Rab əl-Tlaytan və digər yerlərdə hədəfləri bombaladığını açıqlayıb.

Gülay

OXŞAR XƏBƏRLƏR