İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda "Hizbullah" hərəkatının yüksəkvəzifəli qərargah komandirini məhv etdiyini açıqlayıb.
Bu barədə ordunun Mətbuat Xidməti öz "Telegram" kanalında məlumat yayıb.
"SAXAL Livanın Bint-Cbeyl bölgəsinə zərbə endirərək "Hizbullah" təşkilatının qərargahının komandiri Əli Əbdül-Qadir İsmayılı məhv edib", - deyə məlumatda bildirilir.
SAXAL-ın məlumatına görə, məhv edilən komandir Bint-Cbeildə "Hizbullah"ın gücünü bərpa etmək cəhdlərində iştirak edib.
/Oxu.Az