İsrail ordusu İrana qarşı yeni zərbələr seriyasına başlayıb

İsrail ordusu İrana qarşı yeni zərbələr seriyasına başlayıb
DÜNYA
08:13 01.03.2026
204
İsrail Müdafiə Qüvvələri İranın hərbi obyektlərinə yeni zərbə endirildiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, müvafiq məlumat ordunun mətbuat xidmətinin "Telegram" kanalında yerləşdirilib.

Yeni hücumun bəyan edilən hədəfi İranın ballistik raketləri və hava hücumundan müdafiə sistemləridir.

İranın "Mehr" agentliyinin verdiyi məlumata görə, Tehranda ən azı iki partlayış səsi eşidilib. Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
 
"Report"
OXŞAR XƏBƏRLƏR