İsrail ordusu Livanda Hizbullah infrastrukturuna qarşı genişmiqyaslı zərbələrə başlayıb

İsrail ordusu Livanda Hizbullah infrastrukturuna qarşı genişmiqyaslı zərbələrə başlayıb
DÜNYA
18:22 22.03.2026
144
Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı "genişmiqyaslı zərbələr dalğası”na start verilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) bazar günü məlumat yayıb. IDF hədəf alınan infrastrukturun konkret növünü açıqlamayıb.

Bundan əvvəl İsrail ordusu Livanın cənubunda yerləşən Məcdəl Səlim kəndi yaxınlığında Hizbullahın "Radvan Qüvvələri”nin xüsusi təyinatlı bölməsinin komandiri Əbu Xəlil Bərjinin və daha iki silahlı şəxsin zərərsizləşdirildiyini bildirmişdi. Onun İsrail ordusuna qarşı hücumlara cavabdeh olduğu qeyd olunub.

IDF həmçinin Livanda HAMAS-ın yüksək vəzifəli bir nümayəndəsinin də öldürüldüyünü açıqlayıb.
OXŞAR XƏBƏRLƏR