İsrail ordusu Livanın cənubundakı məntəqələri artilleriyadan atəşə tutub.
Bu barədə İsrail Müdafiə Ordusundan bildirib.
Qeyd olunub ki, hazırda tərəflər arasında atışma davam edir.
Xatırladaq ki, İsrail Müdafiə Ordusunun adı açıqlanmayan rəsmisi dekabrın 18-də Livandakı Hizbullah qruplaşmasına qarşı quru əməliyyatlarının başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, İsraillə HƏMAS arasında savaş bu il oktyabrın 7-də başlayıb.
///Report