İsrail ordusu Qəzza zolağından geri çəkilir

İsrail ordusu Qəzza zolağından geri çəkilir
DÜNYA
16:46 01.02.2024
161
İsrail ordusunun quru əməliyyatı başlayandan bəri yerləşdiyi Qəzza zolağının şimalında və Qəzza şəhərinin şimal-qərbindəki bəzi bölgələrdən geri çəkildiyi bildirilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ordu bölgədən çəkildikdən sonra sakinlər öz evlərinə qayıtmağa başlayıblar.

İlk geri çəkilmə Qəzza zolağının şimalındakı Et-Tavvam, Əl-Kərame məhəllələri və Ər-Rəşid küçəsi də daxil olan ərazilərdən başlayıb.

Bu hadisədən bir neçə saat sonra sakinlər Qəzza zolağında müharibənin başlaması ilə tərk etməli olduqları evlərini və mülklərini görməyə gəliblər.

Qeyd edək ki, 27 oktyabr 2023-cü ildə İsrail ordusunun Qəzzaya və şimaldakı bir çox bölgə və məhəllələrə qurudan hücumlara başlaması nəticəsində 561 əsgərinin öldürüldüyünü açıqlayıb.

Gülay

OXŞAR XƏBƏRLƏR