İsrail ordusu Qəzzada daha üç girovun meyitini aşkar edib

İsrail ordusu Qəzzada daha üç girovun meyitini aşkar edib
DÜNYA
20:08 24.05.2024
176
İsrail Müdafiə Qüvvələri əməliyyat zamanı Qəzza zolağının şimalında daha üç girovun meyitini aşkar edib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumatda bildirilib ki, 30 yaşlı Orion Hernández Radoux, 42 yaşlı Hanan Yablonka və 59 yaşlı Mişel Nisenbaum meyitləri tapılıb.

IDF bildirib ki, "etibarlı kəşfiyyat məlumatları"na görə, onlar oktyabrın 7-də öldürülüb və onları meyitləri HAMAS tərəfindən oğurlanaraq Qəzzaya aparılıb.

Son vaxtlara qədər onlarla bağlı heç bir məlumat olmadığı üçün həmin girovların sağ olduqlarına ümid edilirdi.
OXŞAR XƏBƏRLƏR