İsrail ordusu Qəzzada HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu Qəzzada HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
DÜNYA
20:06 11.10.2026
91
İsrail Müdafiə Ordusu Qəzzanın Xan Yunis bölgəsinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın elit "Nuxba” bölməsinin taqım komandiri Hişam Camal Əbu Qalanın öldürüldüyünü bildirib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Ordunun açıqlamasına görə, Əbu Qala HƏMAS-ın hərbi qanadının tərkibində fəaliyyət göstərən "Nuxba” elit bölməsinin taqım komandiri olub. İsrail tərəfi onun 2023-cü il oktyabrın 7-də Kisufim postuna hücumun rəhbərlərindən biri olduğunu və həmin hadisələr zamanı israillilərin qaçırılmasında iştirak etdiyini iddia edib.

İsrail ordusu Əbu Qalanın son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar təşkil etdiyini, həmçinin HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olduğunu bildirib.

Ordunun məlumatına görə, o, atəşkəs rejimini "sistematik şəkildə pozub” və İsrailə qarşı təhlükə yaratdığı üçün hava zərbəsi nəticəsində öldürülüb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR