İsrail ordusu Qəzzanın hər yerində əməliyyatlar həyata keçirir

İsrail ordusu Qəzzanın hər yerində əməliyyatlar həyata keçirir
DÜNYA
15:29 04.05.2025
409
İsrail Müdafiə Qüvvələrinə aid bölmələr Qəzza zolağının hər yerində quru əməliyyatları həyata keçirir.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Vurğulanıb ki, Fələstin anklavının şimalında 252-ci diviziyanın bölmələri əməliyyat zamanı "HƏMAS” terror təşkilatına məxsus silah anbarını aşkarlayıb və xeyli sayda terrorçunu məhv edib.

Qəzza zolağının cənubunda 36-cı diviziyanın bölmələri Rəfah şəhəri və Moraq bölgəsində döyüşləri davam etdirir, Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edərək bu ərazidə yaraqlılara məxsus obyektləri sıradan çıxarıb və terrorçuları məhv ediblər.
OXŞAR XƏBƏRLƏR