Günlərdir Qəzzanı bombalayan İsrail ordusu girov əməliyyatları üçün quru yolu ilə Qəzzaya daxil olub.
AZXEBER.COM xəbər verir ki, hərtərəfli quru əməliyyatı gözlənildiyi halda, İsrail ordusu Qəzza sərhədlərinə girərək əməliyyatlar həyata keçirir.
Bu dəfə İsrail konkret təşəbbüs göstərərək girovların axtarışı üçün Qəzzada quru yolu ilə reyd keçirməyə başlayıb.
İsrail Ordusunun sözçüsü deyib: "Quru qoşunları girovları axtarmaq üçün Qəzzaya daxil olub. Girovlar üçün məhdud quru əməliyyatı aparılır".
Qeyd edək ki, İsrail ordusu Qəzzada 222 girovun olduğunu iddia edib.
Ayşən