AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu bəyanatı İsrail ordusunun sözçüsü Aviçai Edri yayıb.
18 mart tarixində İsrail ordusu, yanvar ayında əldə edilən atəşkəs rejimini pozaraq, Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Xatırladaq ki, Baş nazir Benyamin Netanyahunun ofisi, əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib. HAMAS, vasitəçilərin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun təkliflərini rədd edib və döyüşlərin yenidən başlanmasına görə İsrail və ABŞ-ı günahlandırıb.