İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi

İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
SOSİAL
22:22 08.03.2026
816
İsrail Hərbi Hava Qüvvələri Tehrana endirilən zərbə nəticəsində İranın ali liderinin hərbi qərargahının rəhbərini və Silahlı Qüvvələrin mərkəzi qərargahı -"Xatəmül-Ənbiya"nın rəisi Əbülqasım Babaianı zərərsizləşdirib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Babaian İsrailə qarşı əməliyyatların həyata keçirilməsi və fövqəladə hərbi əməliyyatların təşkili üçün müxtəlif qurumların fəaliyyətinin koordinasiyasına cavabdeh olub.

Ordunun mətbuat xidməti bildirib ki, Babayan bu vəzifəyə 2025-ci ilin iyununda İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülən sələfi Əli Şadmaninin yerinə təyin edilmişdi.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR