İsrailin Yəmənin paytaxtı Sənaya hücumu husilərin təhlükəsizlik və kəşfiyyat xidmətinin idarə etdiyi həbsxananı hədəf alıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Al Masirah” telekanalı yayıb.
Məlumata görə həbsxanada məhbuslar və haqlarında həbs qətimkan tədbiri seçilmiş şəxslər saxlanılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 2 nəfər ölüb, 48 nəfər yaralanıb.