İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
DÜNYA
19:56 25.07.2024
165
İsrail Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər an qonşu Livana sarsıdıcı zərbə endirməyə qadirdir.

Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar ölkənin şimalında yerləşən yaşayış məntəqələrinin administrasiyalarının rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkənin sərhədindəki əməliyyat vəziyyəti müzakirə olunub. Bar Livanın cənubunda şiə Hizbullah təşkilatının silahlı birləşmələrinin mövqelərinə müntəzəm zərbələr endirən İsrail aviasiyasının hərəkətləri barədə məlumat verib.

"Biz müharibəyə hazırıq, bütün əməliyyat planlarının həyata keçirilməsi üçün bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələri öz üzərinə götürür”, deyə qeyd edib.

OXŞAR XƏBƏRLƏR