İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin şimalında şiddətli toqquşmaların olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Netanyahu şimal qonşusu Livanla sərhəddəki yaşayış məntəqələrinin yerli idarəçiləri ilə görüşüb.
Netanyahu deyib:
"Hazırda şimalda şiddətli münaqişələr var. Biz Hizbullahı vururuq, amma orduya hər hansı ssenariyə hazır olmaq tapşırılıb. Hizbullaha İsraili sınaqdan keçirməməyi tövsiyə edirəm. Bu, onların həyatlarının səhvi olar”.
Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 74 Hizbullah üzvünün öldüyü açıqlanıb.
Ayşən