İsrail ordusundan yanacaqla bağlı açıqlama: “Biz buna icazə verməyəcəyik”

İsrail ordusundan yanacaqla bağlı açıqlama: “Biz buna icazə verməyəcəyik”
DÜNYA
12:19 25.10.2023
141
İsrail ordusu yanacağın Qəzzaya daxil olmasına icazə verməyəcəyini bir daha bəyan edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) xəbərdarlıq edib ki, sabaha qədər Qəzza zolağına yanacaq verilməsə, onlar fəaliyyətlərini dayandırmalı olacaqlar və insanlar ölə bilər.

"X”dəki yazısında İsrail Müdafiə Qüvvələri UNRWA-nı işarələyib və HƏMAS-ın yarım milyon litr yanacağı olduğunu iddia edib.

Yazıda Qəzzada dolu olduğu iddia edilən neft çənlərinin fotosu və "Həmasdan soruşun” ifadəsi yer alıb. 

İsrail Ordusunun sözçüsü Daniel Hagari Qəzzada yaşayan fələstinli mülki vətəndaşlara səslənərək onları cənuba getmələrini istəyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR