İsrail polisi fələstinli müğənnini həbs etdi

İsrail polisi fələstinli müğənnini həbs etdi
DÜNYA
10:25 18.10.2023
175
İsrail polisi fələstinli müğənni Dellal Əbu Amini Fələstini dəstəklədiyi və İsrail əleyhinə yazılar yazdığı səbəbilə saxlayıb. 

AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, Əbu Əminə Fələstini dəstəklədiyi və sosial media hesabındakı paylaşımlarında İsrail əleyhinə açıqlamalar verdiyi səbəbi ilə saxlanılıb.
 
İsrail polisi müğənninin polisin həbs müddətinin uzadılması tələbi ilə Nazarət Sülh Məhkəməsinə təhvil veriləcəyini açıqlayıb.

Məsələ ilə bağlı İsrail polisindən yazılı açıqlama verilib. Açıqlamada sosial şəbəkələrdə aktiv olan müğənninin "Fələstinə dəstək vermək və hadisələri təhrik etmək” şübhəsi ilə saxlanıldığı bildirilib.
 
Polisin həbs müddətinin uzadılması tələbi ilə fələstinli müğənninin Nazarət Sülh Cəza Məhkəməsinə çıxacağı bildirilib.

Aysel
OXŞAR XƏBƏRLƏR