İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda "Hizbullah” təşkilatının üzvünü hədəfə alıb.
Bu barəəd məlumatı "Lebanon 24" portalı yayıb.
Qeyd olunub ki, insident Arnun şəhəri yaxınlığında, Nabatıya–Mardcayun magistral yolunda baş verib.
Dron hücumu nəticəsində "Hizbullah” üzvü idarə etdiyi avtomobildə aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.