İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirdi

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirdi
DÜNYA
02:41 14.04.2024
223
İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələri istiqamətində buraxılıb. "Cavab olaraq, ordunun qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrində "Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib”, - açıqlamada deyilir.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.
OXŞAR XƏBƏRLƏR