İsrail qaçqınların sığındığı məktəbi bombaladı: HƏMAS çağırış etdi

DÜNYA
12:32 22.08.2024
136
"Məcburi köçkünlərin sığındığı Səlahəddin məktəbinə hücum İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi soyqırım cinayətinin davamıdır".
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə HƏMAS rəsmisi açıqlama verib.
 
Açıqlamada İsrailin mülki şəxslərin sığındığı əraziləri qəsdən hədəfə aldığı vurğulanıb və beynəlxalq ictimaiyyəti İsrailin cinayətlərini dayandırmaq və müdafiəsiz mülki şəxslərə qarşı davam edən pozuntularına son qoymaq üçün ciddi şəkildə işləməyə çağırılıb.

Qeyd edək ki, İsrail Qəzzada məktəbi bombalaması nəticəsində iki nəfər ölüb, 10-u uşaq olmaqla 15 nəfər isə yaralanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR