İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın Deyr əl-Belah batalyonunun komandiri Vail Asfanın öldürüldüyünü açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, həmçinin Livanda Hizbullah ünsürlərinin də hədəf alındığı bildirilib.
Bu barədə İsrail Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada deyib:
"Dünən gecə İsrail Hərbi Hava Qüvvələri HƏMAS terror təşkilatının Mərkəzi Düşərgələr Briqadasında Deyr əl-Belah batalyonunun komandiri terrorçu Vail Asfanı məhv edib. Oktyabrın 7-də baş verən qanlı hücumda mərkəzi düşərgələrdəki digər komandirlərlə birlikdə Əsfa Nəhabə terrorçularının İsrail ərazisinə göndərilməsində iştirak edib və hücumdan sonra yeni hücumlar planlaşdırıb. Bundan əlavə, səhər saatlarında Livan ərazisindən atılan atəşlərə cavab olaraq döyüş təyyarələri eyni vaxtda terror təşkilatı Hizbullaha məxsus hədəfləri artilleriya atəşi ilə vurub. Hücum edilən hədəflər arasında Hizbullah terror təşkilatının texnoloji alətlərinin yerləşdiyi bir sıra yerlər, silah anbarı, atış mövqeləri və terrorçuların infrastrukturları var”.
Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 61 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.