İsrail Qəzza zolağına hücum edib: Ən azı 18 ölü

İsrail Qəzza zolağına hücum edib: Ən azı 18 ölü
DÜNYA
11:54 17.04.2025
361
İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində ən azı 18 nəfərin öldüyü və çoxlu sayda insanın yaralandığı bildirilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına son hücumlarının qurbanlarının sayı ağırlaşıb.
 
Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, Xan Yunis şəhərinin qərbində, Əl-Məvasi bölgəsində köçkün mülki şəxslərin məskunlaşdığı çadırları hədəf alan hücumda daha 5 nəfərin öldüyü təsdiqlənib.
 
Beyt Lahya şəhərində çadırı hədəf alan başqa bir hücumda eyni ailədən ən azı 6 nəfərin öldüyü bildirilib.

Cibaliye şəhərində çadırı hədəf alan hava hücumunda əksəriyyəti uşaq ən azı 7 nəfərin həyatını itirdiyi bildirilib. Hücumlarda çoxlu sayda insanın yaralandığı bildirilib.
 
Əl-Məvasi bölgəsində çadırları hədəf alan hücumla bağlı ilkin açıqlamada 10 nəfərin həyatını itirdiyi bildirilib. Son inkişafla bu hücumda ölənlərin sayı 15-ə yüksəlib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR