İsrailin qırıcı təyyarələri gün ərzində Qəzza zolağında 35 radikal hərbi obyektə zərbələr endirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ötən gün qoşunlar yaxın məntəqələrdə baş verən toqquşmalarda silahlı terror qruplaşmaları məhv edilib.
Həmçinin reydlər zamanı bir neçə məqsədyönlü kəşfiyyat materialları aşkar edilib.
Həmçinin qeyd edilib ki, qoşunlar Fələstin anklavının mərkəzi və cənub hissələrində təzyiqlərini davam etdirir.
Türkan