İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə tanklarla Qəzza zolağının şimalına reyd keçirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilib.
İDF basqının müharibənin növbəti mərhələlərinə hazırlıq çərçivəsində həyata keçirildiyini açıqlayıb.
İDF-dən verilən açıqlamada deyilir:
"Givati Briqadasının komandanlığı altında qüvvələrimiz müharibənin növbəti mərhələlərinə hazırlıq çərçivəsində Qəzza zolağının şimalında tanklardan istifadə edərək reyd keçirib".
Fəaliyyət çərçivəsində qüvvələr bir çox terrorçunun yerini taparaq onları məhv edib, terrorçuların infrastrukturunu və tank əleyhinə mövqelərini məhv edib.
Mikayıl