İsrail əsgərləri Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) karvanına atəş açıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı sosial media hesabından verdiyi açıqlamada deyib.
Hücuma məruz qalan konvoy Qəzza şəhərinə gedərkən güclü atəşə tutulub və BMT zirehli maşınına ciddi ziyan dəydiyini qeyd edib.
Belə ki, karvan yola düşmədən əvvəl İsrail rəsmiləri tərəfindən koordinasiya edilib hücumda heç bir can itkisi olmayıb.
Qeyd edək ki, Qəzzada şiddətli hücumlarını davam etdirən İsrail ordusu başda BMT olmaqla yardım təşkilatlarını tez-tez hədəfə alır.