İsrail Qəzzada HƏMAS snayperlərini zərərsizləşdirib

İsrail Qəzzada HƏMAS snayperlərini zərərsizləşdirib
DÜNYA
12:24 21.09.2025
155
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza şəhərində radikal HƏMAS hərəkatının hərbi qanadına məxsus snayperin zərərsizləşdirilməsi məqsədilə hava zərbəsi endirdiyini açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

"Qəzza şəhərində İsrail Müdafiə Qüvvələri zərbə endirərək HƏMAS-ın hərbi qanadına məxsus terrorçu Macid Əbu Salmiyanı məhv edib. O, HƏMAS snayperi idi və Qəzza şəhəri ətrafında İsrail əsgərlərinə hücum etməyə hazırlaşırdı", – deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, zərbədən əvvəl "mülki əhaliyə dəyən ziyanı maksimum azaltmaq üçün tədbirlər görülüb", bunların arasında "yüksək dəqiqlikli döyüş sursatlarının tətbiqi", "hava müşahidəsi" və "əlavə kəşfiyyat məlumatlarının toplanması" da var.
OXŞAR XƏBƏRLƏR