İsrail Qəzzada köçkünlərin çadırını vurdu, ölənlər var

DÜNYA
04:51 15.11.2024
219
İsrail ordusunun Qəzza zolağına hücumları davam edir.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə İsrailin Bureyc Qaçqınlar Düşərgəsindəki köçkünlərin çadırlarına endirdiyi hava hücumunda biri uşaq olmaqla 3 fələstinli həyatını itirib.
 
Belə ki, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Belah şəhərindəki Büreyc Qaçqınlar Düşərgəsini bombalayıb.
 
İlkin məlumata görə, köçkünlərin çadırlarına edilən hücumda biri qız olmaqla 3 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzzada 2 milyon 300 min fələstinlinin 2 milyonu yerindən, yurdundan didərgin düşüb.
 
Qeyd edək ki, yurdundan didərgin düşən fələstinlilərin sığındığı çadırlar tez-tez İsrail ordusunun hədəfinə çevrilir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR