İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək hərbi əməliyyatların planlaşdırılması konsepsiyasını təsdiqləyib.
Bu barədə İsrail ordusunun teleqram kanalında yaydığı məlumatda deyilir.
"Baş Qərargah rəisi qoşunların döyüş hazırlığının artırılmasının və ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırışına hazırlığın, eyni zamanda yenidən qruplaşma və bərpa üçün vaxtın təmin edilməsinin vacibliyini vurğulayıb”, - bəyanatda qeyd olunur.
Bundan başqa, siyasi eşalonun direktivinə uyğun olaraq Qəzza zolağında fəaliyyətin növbəti mərhələləri üzrə planın konsepsiyası təsdiq edilib.
report