İsrail: “Qəzzada quru əməliyyatı aylarla davam edə bilər”

İsrail: “Qəzzada quru əməliyyatı aylarla davam edə bilər”
DÜNYA
11:17 23.10.2023
142
İsrailin müdafiə naziri Yoav Qalant Qəzzaya qarşı quru əməliyyatının aylarla davam edə biləcəyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant bu barədə Qəzza sərhədi yaxınlığında keçirilən "Hava Qüvvələri Əməliyyat Komandanlığı” toplantısında açıqlama verib. 

O deyib: "İsrail ordusunu dayandıra biləcək heç bir şey yoxdur. Manevrin əməliyyat tərəfi (İsrailin Qəzza hücumları üçün adı) hava imkanları və quru əməliyyatlarından ibarətdir. Qəzzada quru əməliyyatı orada sonuncu müharibə olmalıdır, çünki ondan sonra HƏMAS olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma sonda HƏMAS qalmayacaq”. 

Ayşən
OXŞAR XƏBƏRLƏR