Oktyabr ayından Qəzzada dinc sakinləri hədəfə alan İsrail ordusu Qəzza zolağındakı ən böyük xəstəxanaları yenidən mühasirəyə alıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu martın 18-də Qəzzanın şimalında yerləşən və bölgənin ən böyük sağlamlıq mərkəzi olan Şifa xəstəxanasını mühasirəyə alıb.
İsrail qüvvələri xəstəxana və ətrafına hücumlarda indiyədək təxminən 150 fələstinlini öldürüb, 480 fələstinlini isə həbs edib.
Daha əvvəl Şifa xəstəxanasına hücum edən İsrail ordusunun bu son mühasirəsi martın 18-dən bu yana davam edir.
İsrailin hücumları nəticəsində evlərindən didərgin düşən təxminən 30 min fələstinli həmçinin yaralı və xəstələr Qəzzanın ən böyük xəstəxanası olan Şifaya sığınıb.
Şifa xəstəxanası və ətrafına hücumlarını davam etdirən İsrail ordusu dünən Qəzzanın cənubundakı Nasir və Amal xəstəxanalarını da mühasirəyə almağa başlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin Amal xəstəxanasına hücumu nəticəsində bir könüllü tibb işçisi və bir fələstinlinin həlak olduğunu bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin bildirib ki, İsrail qüvvələri oraya sığınan xəstələrdən və köçkün fələstinlilərdən Amal xəstəxanasını evakuasiya etməyi xahiş edib.
Mikayıl