İsrail Qəzzadakı əməliyyatları dayandırıb

İsrail Qəzzadakı əməliyyatları dayandırıb
DÜNYA
10:12 04.10.2025
183
İsrail hökuməti ABŞ prezidenti Donald Trampın sülh planını həyata keçirmək üçün döyüşən tərəflərin razılığından sonra orduya Qəzza şəhərinin nəzarətə götürülməsi əməliyyatını dayandırmağı və Zolaqdakı fəaliyyətini minimuma endirməyi tapşırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsrail ordusunun radiosu "Qalei Tzahal” məlumat yayıb.
 
"Vəziyyətin qiymətləndirilməsindən və ABŞ nümayəndələri ilə müzakirələrdən sonra rəhbərlik İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzzadakı fəaliyyətini minimuma endirməyi və Zolaqda yalnız müdafiə əməliyyatları keçirməyi tapşırıb", - radiostansiya bildirib.

\APA
OXŞAR XƏBƏRLƏR