İsrail ordusu blokada altındakı Qəzza zolağı sərhədində cəmləşdikcə bölgədə gərginlik daha da artır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 7-də fələstinli qrupların başlatdığı "Əqsa fırtınası”ndan sonra İsrail ordusunun Qəzza zolağı sərhəddindəki fəaliyyəti diqqət çəkir.
İsrail ordusunun buldozerləri bölgədə yeni xəndəklər qazıb. Bölgəyə yerləşdirilən top və haubitsaların lülələri Qəzzaya yönəlib. Digər tərəfdən çoxlu sayda İsrail əsgəri və polisi Qəzza sərhədinə yaxın ərazilərə yerləşdirilib.
İsrail ordusu Qəzza zolağının sərhəd bölgəsindəki 3 qəsəbədə yaşayan fələstinlilərdən evlərini tərk etmələrini istəyib. İsrail ordusunun sözçüsü Aviçay Adraee bununla bağlı açıqlama verib.
Ayşən