İsrail ordusunun mülki əməkdaşı sərhəddə öldürüldükdən sonra İsrail təyyarələri Qəzza sektorunu bombalayıb.Bir neçə nöqtəyə, o cümlədən HAMAS-ın Xan Yunis şəhərindəki təlim düşərgəsinə də zərbələr vurulub. Atəş nəticəsində iki nəfərin həlak olduğu bildirilir.İsrail ordusunun mülki işçisi dekabrın 24-də erkən saatlarında sərhəd maneələrini təmir edən zaman Qəzza sektorunda vurulumuşdu. İşçini xəstəxanaya aparıblar, amma o, dünyasını dəyişib.