İsrailin geri çəkildiyi Qəzzanın şimal bölgələrində xeyli cəsəd tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlayıb.
Qızıl Aypara qruplarının cəsədləri daşımaqda çətinlik çəkdiyi, cəsədləri dağıntılar altından çıxarmaq üçün mülki müdafiə qruplarının təcili avadanlıqlara ehtiyacı olduğu bildirilib.
Qəzzanın şimalında cəsədlərin bölgədən daşınmasının gecikməsi səbəbindən epidemik xəstəliklərin yayılma riskinin arta biləcəyi xəbərdarlığı edilib.
Açıqlamada aşkarlanan cəsədlərin dəqiq sayı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, İsrail ordusu təxminən 20 gün əvvəl Qəzzanın şimalındakı Cibaliya bölgəsinə növbəti intensiv hücuma keçib.
Bölgədə yaşayan 100 mindən çox fələstinli hücumlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
İsrail əsgərləri dünən Qəzzanın şimalındakı Cibaliyadan geridə ağır dağıntılar buraxaraq geri çəkilib.
Mikayıl