İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində Nusayrat bələdiyyə sədri də daxil olmaqla azı 5 nəfər ölüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Nusayrat Qaçqınlar Düşərgəsində Nusayrat Bələdiyyəsinə aid binanı hədəf alıb.
Hücum zamanı aralarında Nusayrat bələdiyyə sədri İyad əl-Mağari də daxil olmaqla ən azı 5 nəfər həyatını itirib.
Dağıntılar altından çıxarılan cəsədlər Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına təhvil verilib.
İsrail ordusunun dünən axşam saatlarında Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındıqları UNRWA məktəbinə təşkil etdiyi hücumda 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 328-i uşaq və 10 min 171-i qadın olmaqla 36 min 654 fələstinli həlak olub, 83 min 309 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mikayıl